Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 22:56

Almaniya radiosu iranlı aktrisa və blokçunun azadlığa buraxılmasını tələb edir


İranın dövlət mətbuatı İranlı aktrisa və bloqçu Pegah Ahangaranin Alımaniyaya getməyə hazırlaşdığı zaman həbs olunduğunu bildirir. O,Deutsche Welle radiosu üçün qadınların futbol üzrə Dünya kuboku uğrunda yarışından yazmalı imiş.

Rəsmi Tehran 27 yaşlı Pegah Ahangaranin ötən həftə həbs olunduğunu deyib. O, İranlı rejissorlar Manijeh Hekmat və Jamshid Ahangaranin qızıdır.

Deutsche Welle İran hakimiyyətini Pegahı təcili azadlığa buraxmağa çağırıb.

Radiodan bildirilib ki, Pegah Dünya Kuboku barədə onların fars xidmətinə məqalə yazmalı idi, amma İran hakimiyyəti səfərindən bir gün qabaq onun Almaniyaya getməməyini tələb edib.
XS
SM
MD
LG