Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:13

Həmsədrlər Qarabağ münaqişəsinin həlli üçün siyasi iradə nümayişini vacib sayırlar


ATƏT-in Minsk qrupunun həmsədrləri Bernard Fassier, Robert Bradtke və Igor Popov regiona səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar:

“ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 11-18-də ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk birlikdə Moskva, Vilnyus, Bakı və Yerevana səfər ediblər.

İyulun 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov, iyulun 13-də Vilnüsdə ATƏT rəhbəri Audronius Azubalislə görüşüblər. Görüşdə üç ölkə prezidentinin 24 iyun Kazan görüşü ərəfəsində danışıqlar prosesinin vəziyyəti müzakirə olunub.

Bakıda və Yerevanda həmsədrlər prezidentlər İlham Əliyev və Serj Sərkisyanla görüşüblər. Baza prinsipləri üzrə razılıq əldə edilməsinin və münaqişənin tam həllinə doğru irəliləmənin vacibliyi prezidentlərin diqqətinə çatdırılıb. İndi siyasi iradə göstərməyin, uzunmüddətli sülhə nail olmağın və bütün bölgənin bərpa edilməsinin zamanı olduğu qeyd edilib”.

Bəyanatda o da bildirilir ki, “prezidentlərin üzərinə təməl prinsiplər üzrə son təkliflərə münasibət bildirmək və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün həmsədrlər və həmsədr ölkələrin hökumətləri ilə işi davam etdirmək öhdəliyi qoyulub”.
XS
SM
MD
LG