Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Putinin qızlar ordusu... (VİDEO)


“Putinin ordusu”ndakı qızlardan biri
“Putinin ordusu”ndakı qızlardan biri

İnternetdə sosial şəbəkələrdə peyda olan bir dəstə qız Rusiyanın Baş naziri Vladimir “Putin üçün hər şeyi parçalamağa” hazır olduqlarını bildirirlər. Özlərini “Putinin ordusu” adlandıran qızlar bildirirlər ki, bu aksiya ilə Putini hər kəsin, o cümlədən də gözəl, gənc və ağıllı qızların dəstəklədiyini nümayiş etdirməyə çalışırlar: “Biz bir məsələdə həmfikirik ki, Putin layiqli, təmiz siyasətçi və ecazkar kişidir. Hədəfimiz Putinin prezident olmadır.”

“Putinin ordusu” Rusiyada qızlar arasında müsabiqə də elan edib. Həmin müsabiqənin şərtlərinə görə, qızlar özlərinin nələrinisə cırıb atmalı, bunu kamera ilə çəkib onlara göndərməlidir. Qalibə “iPad 2” hədiyyə ediləcək. Qaliblər bir neçə gündən sonra elan ediləcək.
Amma sosial şəbəkələrdə artıq onların əleyhdarları da qruplar formalaşdırılar. Onlar hesab edirlər ki, bur normal aksiya deyil. Əks düşərgə hesab edir ki, belə aksiyalar əslində Putinin normal seçkidə qalib gəlməyə imkanının olmadığını göstərir.

Hələlik Baş nazirin idarəsindən aksiya ilə bağlı hər hansı reaksiya yoxdur.

Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkisində Baş nazir Vladimir Putinin, yoxsa, indiki prezident Dmitri Medvedevin namizəd olacağı hələ aydın deyil. Müşahidəçilər onların arasında ziddiyyətlərin getdikcə artdığını deyirlər.

XS
SM
MD
LG