Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 11:16

Lukaşenko mərkəzi bankın sədrini işdən çıxardı


Belorus prezidenti Aleksandr Lukaşenko mərkəzi bankın sədrini vəzifəsindən azad edib.

Pyotr Prokopoviçin rəhbərlik etdiyi bank son aylarda ölkəni bürüyən iqtisadi böhranla mübarizə tədbirləri həyata keçirsə də, böhran dərinləşməkdə davam edirdi.

Belorus müxalifəti də Lukaşenkoya qarşı davamlı etiraz aksiyaları keçirir və prezidentin iqtisadi böhrandan çıxmaq planının iflasa uğradığını bildirir.
XS
SM
MD
LG