Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Türkiyəli jurnalistlər Mətbuat Şurasında olublar


Azərbaycanda internet xəbər portallarının, radio və televiziya kanallarının sayı durmadan artır. Əhalinin 50 faizi internet istifadəçisidir. Bloqçuluq geniş yayılmaqdadır.

Bunu iyulun 18-də Mətbuat Şurasında Türkiyənin aparıcı media qurumlarının təmsilçiləri ilə keçirilən görüşdə qurumun sədri Əflatun Amaşov deyib: «Hazırda Azərbaycanda 9 ümumrespublika, 15 regional telekanal fəaliyyət göstərir. Ölkədə 34 gündəlik, 100-dən çox həftəlik qəzet çıxır».

Azərbaycan mediasının zəngin hüquqi bazaya malik olduğunu bildirən Əfatun Amaşov Mətbuat Şurasının beynəlxalq təşkilatlarla birgə həyata keçirdiyi layihələrdən də danışıb.

Tədbirdə «Zaman», «Milliyyət», «Radikal», «Hürriyyət» və bəzi başqa mətbuat orqanlarının Türkiyədən gələn əməkdaşları iştirak ediblər. Səfərdə məqsəd Dağlıq Qarabağ probleminin nəticələri də daxil olmaqla Azərbaycan reallıqlarını Türkiyə ictimaiyyətinə çatdırmaqdır.
XS
SM
MD
LG