Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

YAP Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalisti mükafatlandırıb


«Mətbuat YAP-ı özünün dostu hesab edə bilər. Partiya mətbuatla əlaqələrə xüsusi diqqət yetirir».

Bunu YAP icra katibi, deputat Əli Əhmədov iyulun 18-də - partiyanın qərargahında keçirilən Milli mətbuatının yaranmasının 136-cı ildönümünə həsr olunmuş tədbirdə deyib.

Əli Əhmədov həmçinin bildirib ki, Azərbaycan dövləti mətbuatın inkişafına xüsusi diqqət göstərir. Bu isə mətbuata qayğı ilə yanaşı, həm də demokratik dəyərlərin cəmiyyətdə daha da dərinləşməsi istiqamətində atılan addımdır.

Daha sonra YAP sədrinin müavini KİV nümayəndələrinə mükafatlar təqdim edib.

22 iyul Azərbaycanda milli mətbuatın yaranması günüdür.
XS
SM
MD
LG