
Bunu iyulun 18-də keçirdiyi mətbuat konfransında «Neftçi»nın baş məşqçisi Arif Əsədov deyib.
Baş məşqçi komandanın yarımmüdafiə xəttini gücləndirmək üçün bir yeni oyunçu almağı planlaşdırdıqlarını da bildirib.
İlk matçda xeyli qol vəziyyətlərini dəyərləndirə bilmədiklərini etiraf edən «Neftçi»nin belçikalı hücumçusu Emil Mpenza isə cavab qarşılaşmasında «Dinamo»nun qapısından top keçirəcəyinə söz verib:
«Əslində mənim üçün kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komanda qələbə qazansın».
«Dinamo» ilə ilk oyunda zədələnmiş İqor Mitreskini qarşıdakı oyunda əvəz edəcək Ruslan Əmircanov da qələbə üçün əllərində gələni edəcəklərini bildirib:
«Lazım gəlsə, lap qanımız çıxanadək mübarizə aparacağıq».
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Xorvatiyada keçirilən ilk oyunda «Dinamo Zaqreb» «Neftçi»ni 3-0 hesabı ilə məğlub edib.
Cavab qarşılaşması iyulun 19-u saat 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.