Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 12:18

Təyyarə qəzasını araşdıran komissiya Kabildə danışıqlar aparır


Arxiv foto. «İl-76» yük təyyarəsi
Arxiv foto. «İl-76» yük təyyarəsi
Azərbaycana məxsus «İl-76» yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasını araşdıran komissiya Kabildə yerli hökumət və koalisiya rəsmiləri ilə danışıqları davam etdirir.

Bu barədə Anspress agentliyi komissiyanın üzvü Tapdıq İmanova istinadla xəbər verir.

Tapdıq İmanov ötən gün hadisə yerinin havadan lentə alındığını bildirmişdi.

İyulun 6-da baş vermiş qəzada təyyarədə olan 9 heyət üzvünün hamısı həlak olub.

Onlardan 5-Azərbaycan, 4-ü isə Özbəkistan vətəndaşıdır.
XS
SM
MD
LG