Keçid linkləri

Təcili xəbərlər
2022, 26 May, Cümə axşamı, Bakı vaxtı 18:08

Volqada batmış gəmi çıxarılır


Arxiv foto
Tatarıstanda batmış sərnişin gəmisinin Volqadan çıxarılmasıyla bağlı əməliyyat davam edir.

İyulun 10-da baş vermiş qəza nəticəsində 114 adam ölüb, 15 nəfərsə itkin düşüb.

İtkin düşənlərin axtarışı davam etdirilir.

Qəza vaxtı ətrafdan yan keçən 2 gəminin kapitanı cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Rusiyanın nəqliyyat naziri İqor Litvin deyib ki, qəzanın səbəbi bəlli olanadək bu tipli gəmilərin istismarına qadağa qoyulub.

Fövqəladə hallar naziri Viktor Şoyquyla İqor Litvin bu gün Tatarıstanda xilasedici komandanın üzvlərini medallarla təltif ediblər.
XS
SM
MD
LG