Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:08

Xalq Cəbhəsinin yubileyində müxalifətə birlik çağırışları


Xalq Cəbhəsi – 22 il
Gözlə
Embed

No media source currently available

0:00 0:02:28 0:00
Direct-ə keçid
«Xalq Cəbhəsi Azərbaycanın dövlət müstəqilliyini bərpa etmiş siyasi qüvvədir. 1989-91-ci illərdə aparılan mübarizə ilə Xalq Cəbhəsi böyük Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ildə qurduğu Xalq Cümhuriyyətini yenidən bərpa edib, Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına nail olub».

İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) 22 illiyinə həsr olunmuş tədbirdə çıxış edən AXCP-nin sədri Əli Kərimli belə deyib.

ADP-nin qərargahında keçirilən tədbirdə bir sıra siyasi xadimlər, vətəndaş cəmiyyətinin üzvləri, hüquq müdafiəçiləri iştirak edib.

Ə. Kərimli deyib ki, AXC son 18 ildə Azərbaycanda azadlıq uğrunda mübarizənin önündədir:

«Son 18 ildə Azərbaycanda sülalə hakimiyyəti, avtoritar rejim yarandığı şəraitdə AXC hər zaman ideallar uğrunda, demokratiya, azadlıq, azad mətbuat uğrunda mübarizə aparıb. Sıralarından yüzlərlə siyasi məhbus versə də, AXC bu mübarizədə bir an da tərəddüd etməyib. İndi də bu rejimin qarşısındadır. Bizə imkan vermədilər ki, «Təbriz» kinoteatrında razılaşdırılmış səviyyədə tədbirimizi keçirəcək».

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə müasir Azərbaycan istiqlalının ölkənin demokratik qüvvələrinin əlilə bərpa edildiyini deyib. İqtidar-müxalifət münasibətlərinə toxunan İ.Qəmbər Azərbaycan hakimiyyətinin müxalifətə düşmən münasibəti bəslədiyini deyib.

Tədbirdə çıxış edənlərdən Pənah Hüseyn isə AXC-nin təsis konfransının protokollarının əslini, nizamnamə layihəsini AXCP sədri Ə. Kərimliyə təqdim edib. İrandan qayıtdığını deyən P. Hüseyn sənədlərin əlyazmasını Təbrizdən gətirdiyini bildirib.
Çıxış edənlərdən bəziləri müxalifəti birləşməyə çağırıb.

AXC-nin yaranmasının 22-ci ildönümü ilə əlaqədar tədbirin «Təbriz» kinoteatrında keçirilməsi planlaşdırılsa da, sonradan kinoteatr rəhbərliyi bundan imtina edib.

Tədbir «Koroğlu» uvertürasının səslənməsi ilə başa çatıb.

Azərbaycan Xalq Cəbhəsi 1989 il iyulun 16-da yaradılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG