Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 14:12

Quraqlıq Afrikanın buynuzunu viran qoyub

BMT-nin UNİCEF uşaq fondu Afrikanın buynuzundakı ölkələrdə quraqlıqdan milyonlarla insanın əziyyət çəkdiyini, vəziyyətin ciddi pisləşdiyini deyir.

Fondun direktoru Entoni Leyk (Anthony Lake) 2 ildir ki, regionda yağış yağmadığını, quraqlıq nəticəsində Keniya, Efiopiya və Cibutidə milyonlarla adamın var-yoxdan çıxdığını, minlərlə adamın Somalini tərk etdiyini deyir.

UNİCEF ötən həftə bəyan edib ki, region ölkələrində uşaq və qadınlara təcili yardım göstərmək məqsədilə yaxın 3 ay ərzində təxminən 32 milyon dollar lazımdır.
This item is part of
XS
SM
MD
LG