Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Liviyanın Breqa şəhəri uğrunda döyüşdə 10 üsyançı ölüb

Liviyanın Breqa şəhəri uğrunda döyüşdə 10 üsyançı ölüb.

Bu barədə yerli xəstəxananın rəsmisi Mohammed İdris xəbər verir.

Onun sözlərinə görə üsyançılar şəhərə yaxınlaşarkən Qaddafi qüvələri onları minaatanlardan atəşə tutub.

Qaddafi isə bu arada 40-a yaxın ölkə və təşkilatın üsyançıların yaratdığı ötəri milli şuranı tanımasını ağılsızlıq adlandırıb.

Liviyayla bağlı beynəlxalq əlaqə qrupuna daxil olan ölkələr cümə günü İstanbul görüşündə üsyançıların yaratdığı ötəri milli şuranı tanıyıb.
This item is part of
XS
SM
MD
LG