Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:47

ABŞ ordusu hakerlərlə bacara bilmir


Uilyam Linn
Uilyam Linn
ABŞ ordusu özünün kompyuter şəbəkələrini haker hücumlarından qorumaq üçün yeni strategiya elan edib.

Bu ilin martında ABŞ Müdafiə Nazirliyi tarixində ən dəhşətli haker hücumuna məruz qalıb. Həmin vaxt bir xarici kəşfiyyat casusu Pentaqonun podratçılarından birinin kompyuter sisteminə daxil olub, 24000 faylı oğurlayıb.

Bu haker hücumu haqqında Müdafiə nazirinin müavini Uilyam Linn (William J. Lynn) ABŞ-ın yeni kiber-müdafiə strategiyasını açıqlayarkən məlumat verib. Bu, Pentaqonun əvvəlki passiv müdafiədən dinamik müdafiəyə keçməsi deməkdir.

Yeni strategiyaya əsasən, kiber-məkan «əməliyyat sahəsi» hesab olunacaq.

Milli Müdafiə Universitetində çıxış edən U. Linn bildirib ki, Pentaqon quruda, havada və dənizdə olduğu kimi, kompyuter sahəsində də hücuma cavab verməyə hazır olmalıdır:

«Birləşmiş Ştatların ciddi kiber-hücumlara istədiyi vaxtda və istədiyi yerdə adekvat və əsaslandırılmış cavab vermək hüququ var».

U. Linn deyib ki, köhnə strategiya informasiyaların oğurlanmasının qarşısını ala bilmirdi. Yeni dinamik müdafiə strategiyası artıq hansısa hücumun olmasını gözləmədən potensial hakerləri qabaqcadan aşkar etməyə çalışacaq:

Son 10 ildə hərbi kompyuter şəbəkəsindən oğurlanmış informasiyalar terbaytlarla ölçülür
«Bir ölkədə klaviaturanın bir düyməsini basmaqla dünyanın o biri başına bir göz qırpımında təsir etmək olar. 21-ci əsrdə bitlər və baytlar güllələr və bombalar qədər təhlükəlidir».

U. Linn bildirib ki, Pentaqon özünün kompyuter şəbəkələri üçün yeni əməliyyat konsepsiyaları, o cümlədən haker hücumlarını qabaqcadan aşkar edəcək xüsusi sensor və proqramlar hazırlayacaq. Bu, həm də haker hücumuna məruz qalacaq kompyuter şəbəkələrinin daha tez müddətdə bərpa olunmasına imkan verir.

Əvvəlki strategiyanın 90 faizi haker hücumuna qarşı sipər çəkmək rolunu oynayırdı. Yalnız 10 faizi hakerləri müəyyən etməyə yönəlmişdi.

ABŞ ordusu bütün dünyada 15 mindən çox kompyuter şəbəkəsi və 7 milyon kompyuter işlədir.

U. Linn onu da qeyd edib ki, bu şəbəkələrə gündə milyonlarla hücum olur. Ötən 10 il ərzində hərbi kompyuter şəbəkəsindən oğurlanmış informasiyalar isə terbaytlarla ölçülür. Bu itkinin iqtisadi zərəri 1 trilyon dollardan çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG