Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 21:47

ABŞ Liviya üsyançılarını ölkənin legitim hakimiyyəti kimi tanıdı


Amerikanın Dövlət Katibi Hillari Clinton deyib ki, ABŞ Liviya üsyançılarını Liviyanın legitim hakimiyyəti kimi tanıyıb.

Clinton bunu İstanbulda Liviya üzrə kontakt qrupunun toplantısında deyib.

Clintondan qabaq Fransa və İtaliyanın xarici işlər nazirləri bildirdilər ki, Liviya üzrə kontakt qrupa daxil olan ölkələr bütövlükdə üsyançıların Milli Keçid Şurasını Liviyanın legitim hakimiyyəti hesab edir.

Kontakt qrupa 30 –dan çox ölkə daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG