Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:20

Bəxtiyar Hacıyevin şikayətinə onun iştirakıyla baxılacaq


İyulun 15-nə Səbail rayon Məhkəməsində Bəxtiyar Hacıyevin Baş Prokurorluqla bağlı şikayəti üzrə məhkəmə baş tutmayıb. Bu barədə AzadlıqRadiosuna məhkəmədən məlumat verilib.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyevin iclasda iştirakı təmin olunmadığına görə, o da vəkil kimi prosesdə iştirak etməkdən imtina edib: «Bu gün iclas baş tutmasa da, bir az əvvəl məhkəmədən mənə zəng vurub dedilər ki, hakim qərar qəbul edib ki, Bəxtiyar Hacıyevin də iclasda iştirakı təmin olunsun».

Səbail rayon Məhkəməsindənsə AzadlıqRadiosuna bildiriblər ki, Bəxtiyar Hacıyevin Baş Prokurorluqla bağlı şikayətinə iyulun 18-də saat 11.00-da öz iştirakıyla baxılacaq.

Hacıyev bu il martın 4-də saxlanılarkən, barmaq izləri götürülərkən ona qarşı fiziki zor tətbiq olunması barədə Baş Prokurorluğa şikayət edib. Baş Prokurorluqsa qərar qəbul edib ki, araşdırma zamanı şikayət təsdiqini tapmayıb. Bəxtiyar Hacıyev də həmin qərarla bağlı Baş Prokurorluqdan məhkəməyə müraciət edib.

Vəkil onu da deyib ki, Gəncədəki istintaq təcridxanasından Bakıya etap olunan Bəxtiyar Hacıyev artıq Şüvələndəki istintaq təcridxanasına köçürülüb.
XS
SM
MD
LG