Keçid linkləri

2026, 10 İyun, çərşənbə, Bakı vaxtı 17:13

ARDNŞ Yunanıstanın qaz şirkətində 55 faiz pay ala bilər

Azərbaycan Dövlət Neft Şirkəti Yunanıstanın DEPA qaz şirkətində pay almaqda maraqlıdır.

Associated Pressin məlumatına görə, Azərbaycanın Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib ki, bu həftə öz yunan həmkarları ilə mümkün alış barədə danışqlar aparıb.
Ancaq payın miqdarını deməyib.

Yunanıstan mediasının məlumatına görə, Azərbaycan 55 faiz pay almaq istəyir. DEPA-da Yunanıstan hökumətinin payı 65 faizdir.
Paya iddiaçılar arasında Rusiyanın Qazprom şirkəti də var.

Beynəlxalq maliyyə qurumları Yunanıstandan tələb edir ki, borc problemini həll etmək üçün geniş özəlləşdirmə aparsın.
This item is part of
XS
SM
MD
LG