Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Mollaların attestasiyasının ilk nəticəsi


Arxiv foto
Arxiv foto

Cənubda dini mərasimləri aparmaq üçün 56 ruhaniyə vəsiqə verilib


Azərbaycanın cənubunda yalnız 56 ruhani dini mərasimləri apara bilər. Bu haqda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə jurnalistlərə məlumat verib.

QMİ nümayəndəsinin sözlərinə görə, ümumilikdə cənub bölgəsində keçirilən attestasiyada 135 ruhani iştirak etsə də, yalnız 56 ruhaniyə status verilib. Onlar arasında müxtəlif kateqoriyalı ruhanilər var. Belə ki, Biləsuvarda 7, Cəlilabadda 20 nəfərə dini ayinlərin icraçısı, Masallıda 1 nəfərə axund, 12 nəfərə dini ayinlərin icraçısı, Lənkəranda 5 nəfərə axund, 7 nəfərə dini ayinlərin icraçısı, Astarada 1 nəfərə imam, 2 nəfərə dini ayinlərin icraçısı, Lerikdə isə 1 nəfərə axund vəsiqəsi təqdim olunub.

Hacı Mirəziz Seyidzadənin sözlərinə görə, attestasiyadan keçməyən ruhanilər dini mərasimlərdə iştirak edə bilməzlər. Əgər belə bir hal aşkarlanarsa, bu adamlar inzibati qaydada cəzalandırılacaqlar.

Növbəti attestasiya Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gözlənilir. Artıq bir aydan sonra sözügedən bölgədə imtahanlara başlanılacaq.

Attestasiya 3 kateqoriya üzrə (molla, axund və imam) aparılır. Ən böyük dərəcəli ruhanilər – axundlardır ki, onlar kəbin-talaqdan tutmuş dinlə bağlı bir çox mərasimləri icra edə bilər. İkinci növ vəsiqə daşıyıcıları yalnız ölümlə bağlı mərasimləri - meyit namazı, dəfn, şəri məsələlər və mürəbbiliyi icra edəcək. Üçüncü kateqoriya mollalar isə yalnız Quran oxuyanlardır.

QMİ rəsmisi bildirib ki, attestasiyanın aparılmasında əsas məqsəd Bakı İslam Universitetinin məzunlarını bu sahəyə cəlb etməkdir. Çünki onlar bu prosedurların aparılmasında təcrübəyə və təhsilə sahibdirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG