Azərbaycanlıların 3/4 –ü öz pullarını manatda, qalanları isə ABŞ dollarında saxlamağa üstünlük verir. ABŞ-dakı "Gallup" sorğu mərkəzinin bu gün açıqladığı hesabatda belə deyilir.
Hesabata görə, Post-sovet ölkələri vətəndaşlarının əksəriyyəti öz əmanətlərini yerli valyutada saxlamağa üstünlük verir. Xarici valyutalar arasında isə, avrodansa dollara daha çox güvənir.
"Gallup" 2010-cu ilin may ayından sentyabr ayına qədər Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna və Öbəkistanda sorğu keçirib.

Alınan cavablar yerli valyutaların yetərincə güclü olduğunu göstərir. Maraqlısı odur ki, region ölkələrində dollar avroya nisbətən daha populyardır, rus rubluna isə etibar eləyən demək olar ki, yoxdur.
“Əlavə pulunuz olsa onu hansı valyutada saxlayardınız?” sualına verilən cavablardan aydın olur ki, milli valyutaya ən çox güvənən azərbaycanlılardır. 75 faizlə manatı seçən Azərbaycanın ən yaxın izləyicisi bu siyahıda 63 faizlə Ermənistan vətəndaşlarıdır. Və birdə Rusiya vətəndaşlarının 56 faizi rubla güvənir.
Maraqlıdır ki, rubla başqa ölkələrdə demək olar ki, güvənən yoxdur. Ancaq Qırğızıstan, Ermənistan və Belarusda hər 100 adamdan biri əmanətini rus rublunda saxlamağı düşünür.
Bir fakt da var ki, hətta gəlirlərinin önəmli hissəsi Rusiyada işləyən mühacirlərin hesabina olanlar da, rus rublunu sevmir. Məsələn, Tacikistanda rəyi soruşulan hər 10 adamdan 4-ü ailəsindən azı bir adamın Rusiyada işləyib, pul göndərdiyini deyir. Ancaq onlar yenə də rus rublundansa dolalra üstnlük verirlər.
Sorğu aparılan 11 ölkədən 10-da hələ də ABŞ dollar mənzil və avtomobil alınmasından və ya kirayəsindən tutmuş, hesablaşmaya qədər iri maliyyə əməliyyatları üçün əsas valyuta ABŞ dollarıdır. Sadəcə Moldovada dollar yerinə avroya üstünlük verirlər.
Bu sorğunun nəticələrini həmçinin yerli bank sisteminə olan etibar kimi də yozmaq olar. Məsələn, hələ ötən il aparılan sorğuda milli valyutaya ən az güvənənlər Belarus vətəndaşları olub. Belarus sakinlərinin hər 5 nəfərindən biri yerli valyutaya güvənib. Həmin ölkədə indi valyutanın sürətlə dəyərsizləşməsini nəzərə alanda vətəndaşların boş yerə narahat olmadığını görmək olar.
Bu məkanda "Gallup"ın fikrincə, bank sisteminə ən çox güvənilən ölkə Azərbaycandır. Azərbaycanlıların 75 faizinin yerli valyutaya güvənməsini isə "Gallup" eskpertləri Mərkəzi Bankın böhran dövründə apardığı siyasətlə izah edir.
Azərbaycan manatı maliyyə böhranı başlayandan yetərincə sabit qalıb. "Gallup"ın fikrincə, Mərkəzi Bankın faiz dərəcələrini 15 faizdən 2 faizə endirməsi, ÜDM-in artımı və neft gəlirləri nəticəsində Azərbaycanın xarici valyuta ehtiyatlarının borclarını 7 dəfə üstələyərək 40 milyard dollar həddinə çatması bunda çox önəmli rol oynayıb.
Sorğuya görə, xarici siyasətin də vədəndaşların valyuta seçiminə təsir elədiyini görmək olur. Məsələn, ABŞ-la yaxın münaqsibətləri olan Gürcüstanda rəyi soruşulanların 38-faizi dolları seçir. Amerikayla ənənəvi daha soyuq münasibətləri olan Rusiyada isə xarici valyutalardan avroya güvənilir.
Və sonda, "Gallup" iddia edir ki, ötən il – dolların yetərincə ucuzlaşdığı bir dövrdə qeydə alınan bu nəticələr əslində ABŞ valyutsına olan etibarın sarsılmadığını göstərir. "Gallup" ekspettləri iddia edir ki, dolların avroya nisbətən bir az özünə gəldiyi və Avropanın Yunanıstan, Portuqaliya böhranlarıyla üzləşdiyi 2011-ci ildə dolların etibarı daha da arta bilər.