Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:49

«Makkabi»-«Xəzər Lənkəran» - 3:1, «Streymur» - «Qarabağ» - 1:1


Avroliqada II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Turnirdə Azərbaycanı təmsil edən «Qarabağ»la «Xəzər Lənkəran» komandaları səfərdəki oyunlarında qalib gələ bilməyiblər.

Ağdam təmsilçisi Farer adalarının «Streymur» klubu ilə matçda son saniyələrdə buraxdığı qolla qələbəni əldən verib (1:1).



«Xəzər Lənkəran» isə Tel-Əviv «Makkabi»sinə 2 top fərqi ilə uduzub – 1:3.

Lənkəranlıların səfərdə vurduğu qol mərhələ keçmək şansını saxlayır. Cənub təmsilçisi evdə 2:0 hesabı ilə qalib gələrsə, III mərhələyə keçəcək. «Qarabağ»a isə zəif rəqiblə ev oyununda 0:0 hesablı heç-heçə də sərf edir.

Cavab oyunları iyulun 21-də keçiriləcək. /apa/
XS
SM
MD
LG