Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:07

Tbilisidə həbsdə olan fotomüxbirlərə dəstək olaraq aksiya keçirilib


Cümə axşamı Tbilisidə jurnalistlər casusluq ittihamıyla həbs olunmuş fotomüxbirlərə dəstək olaraq aksiya keçiriblər.

Prezident aparatının qarşısına yığışan aksiyaçılar həmkarlarının azad olunması tələbilə imza toplamağa başlayıblar.

Bundan əvvəl bir qrup jurnalistin daxili işlər naziri Vano Merabişvilə görüşü nəticə verməyib, onların bütün tələbləri rədd edilib.

Həbsdə olan fotomüxbirlər casusluqla bağlı onlara qarşı irəli sürülmüş ittihamın qondarma olduğunu deyirlər.
XS
SM
MD
LG