Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

Yəməndə azı 7 yaraqlı öldürülüb, 35-i yaralanıb


Cümə axşamı Yəmənin cənubundakı Zincibar şəhərində keçirilmiş hava əməliyyatı nəticəsində azı 7 yaraqlı öldürülüb.

Bu barədə Yəmənin hakim dairələri xəbər verir.

Bir qrup yaraqlı isə elə həmin gün yerli xəstəxanaya hücum edərək həkimlərdən birini oğurlayıb, xeyli dəva-dərmanı oğurlayaraq aradan çıxıblar.

Abian əyalətinin baş şəhəri olan Zincibara hazırda əl Qaidə ilə əlbir olan yaraqlılar nəzarət edir.

Fevraldan bu yana Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG