Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:57

Ermənistanda “dialoq”: Siyasət yoxsa teatr?


3 il əvvəl müxalifət mitinqinə daha çox adam gəlirdi
3 il əvvəl müxalifət mitinqinə daha çox adam gəlirdi
Liz Fuller

Tunisdə və Misirdə avtoritar liderlər devriləndən sonra Ermənistanda müxalifət davamlı mitinqlərlə hakimiyyəti seçim qarşısında qoymağa çalışır : ya ədalətli seçki ya da ərəb liderlərinin taleyi.

Nəticədə hakimiyyət müxalifətlə - Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresi (EMK) ilə danışıqlar aparacaq işçi qrupunu elan etdi.

Halbuki Ter-Petrosyan deyəndə ki, “hakimiyyət bizimlə nümayəndə heyəti səviyyəsində dialoq aparmağa məcburdur”, hakimiyyət bu nümayəndə heyəti tələbini gülməli adlandırırdı.

Hakimiyyət işçi qrupunu elan edəndən sonra indi də başqa sual yaranıb ki, hakimiyyətin təklif etdiyi danışıq formatını və mövzularını müxalifət qəbul edəcəkmi?

Onlarla siyasi partiyanın və təşkilatın koalisiyası olan EMK parlamentdə təmsil olunmur.
Onun birinci tələbləri ölkədəki iqtisadi-sosial vəziyyəti müzakirə etmək yox, vaxtından qabaq parlament və prezident seçkiləridir.

Hakim 3 partiyalı koalisiyaya başçılıq edən prezident Sarkisyanın Ermənistanın Respublika Partiyası (ERR) isə vaxtından qabaq seçkilər fikrini rədd edir.
Ancaq eyni zamanda ERR müxalifətlə dialoqa hazır olduğunu bildirir.

Dialoqda isə məhz ölkənin iqtisadi, sosial, siyasi, geosiyasi problemlərini müzakirə etməyi təklif edir.

DİALOQ YOXSA SAZİŞ?

Bir tərəf dialoq tələb etsə də, o biri tərəf buna könülsüz də olsa getsə də, tərəflər doğrudanmı dialoq istəyirlər?
Yoxsa istədikləri yalnız taktiki sazişdir? – Müxalifət erkən prezident seçkiləri fikrindən daşınır, əvəzində hakimiyyət erkən parlament seçkilərinə gedir və EMK parlamentdə yer alır.

MÜXALİFƏTİN GÜCÜ NƏ QƏDƏRDİR?

“Ərəb baharı”ndan sonra Yerevanda müxalifət 7 mitinq keçirib. Birinci mitinqə 35 min adam gəlmişdi, 7-ci mitinqə gələnlər bir neçə min idi.

İlkin olaraq Ter-Petrosyan mitinqləri rejim gedənə qədər keçirmək istəyirdi.
O deyirdi ki, “prezidentin başçılıq etdiyi oğru rejim Tunis və Misir liderlərinin devrilməsindən doğru nəticə çıxarmayınca eyni hadisələr gec ya tez Ermənistanda olacaq”.

Ancaq mitinqlərdə adamların sayı azalandan sonra Ter-Petrosyan ultimatum tonundan yumşaq, mötədil tona keçdi.

Martın 17-dəki mitinqdə kütlə tələb edirdi ki, hərəkətə keçib, hakimiyyəti dərhal devirsinlər.
Onda Ter-Petrosyan dedi ki, “biz maksimalist deyilik. Bizim məqsədimiz hakimiyyəti küncə sıxmaq deyil”.

O əlavə etdi ki, EMK danışıqlara razı olardı. Bir şərtlə ki, hakimiyyət onların iki həftə əvvəl irəli sürdüyü 13 şərtdən cəmi 3-nə razı olsun:

1. Bütün siyasi məhbuslar azad olunsun
2. 2008-ci ildəki prezident seçkilərindən sonra hakimiyyətin zorakılığını araşdıran istintaq başlansın (həmin vaxt 10 adam ölmüşdü) .
3. Azadlıq meydanında müxalifətin mitinqlərinə qadağan götürülsün.

Ter-Petrosyanın yumşalmağı 2 sual doğurdu ki, o hakimiyyətdən qorxurmu? Qorxursa, niyə qorxur?

HAKİMİYYƏT DƏ GERİ ÇƏKİLİR

Mayın sonunda hakimiyyət müxalifətin bu 3 şərtinə razılıq verdi.
Ter-Petrosyan razılığı müxalifətin böyük qələbəsi adlandırdı və dedi ki, yeni siyasi vəziyyət yaranıb.

EMK dərhal hakimiyyətlə danışıq aparacaq 5 nəfərlik nümayəndə heyətini elan etdi və bildirdi ki, eyni nümayəndə heyətini hakimiyyət də elan etməlidir.

EMK bildirdi ki, danışıqların əsas mövzusu erkən seçkilərdir.

Prezident apartanının rəhbəri Karen Karapetyan isə buna cavab olaraq dedi ki, “hakimiyyətin öz əlilə öz axırına çıxmaslnl tələb etmək yolverilməzdir”. O, erkən seçki təklifini qətiyyətlə rədd etdi.

İyunun 17-də prezident Sarkisyan da yazılı bəyanatında bildirdi ki, “müxalifətin ultimatumları yolverilməzdir”.

O elan edirdi ki, baş nazir, parlament sədri dialoqa açıqdırlar və öz kompetensiyaları çərçivəsində spesifik məsələri müzakirə edə bilərlər.

Ter-Petrosyan isə iyunun 30-dakı mitinqdə erkən seçki tələbinin qəbuluna hakimiyyətə verdikləri vaxtı yenə 2 ay uzatdı.
Ancaq dedi ki, hakimiyyət buna getməsə, müxalifətin əsas tələbi erkən seçki yox, birbaşa Serj Sarkisyanın istefası olacaq.

Onun köməkçisi Zurbayan isə bildirdi ki, bununla belə, “hakimiyyət erkən seçkilərə getməsə, müxalifət fasiləsiz mitinqlərə başlayacaq və böyük yolları kəsəcək.”

KƏNARDAN NƏ DEYİRLƏR?

“Yerkir” qəzeti bütün bu baş verənləri hakimiyyətlə müxalifətin “birgə oyunu “ adlandırır. O mənada ki hakimiyyəti devirməyə gücü olmayan müxalifətlə bu müxalifəti əzməyə gücü olmayan hakimiyyət öz aralarında müəyyən razılığa artıq gəliblər.

İyun ayında Daşnaksütun partiyasından olan Vahan Hovanisyan da dedi ki, Ter-Petrosyanın əsas tələbi erkən seçkidir. Hakimiyyət erkən seçkini rədd edir, ancaq Ter-Petrosyan bununla belə dialoqa gedir. Burda məntiq nədir?

Aprel ortalarında parlamentin deputatı, İrs partiyasının sədr müavini Ruben Hakobyan mətbuat konfransında dedi ki, EMK ilə hakimiyyət arasında müəyyən saziş var. Bu saziş erkən seçki ilə EMK-nın parlamentdə təmsil olunmasına aiddir.
Depuatın fikrincə, hakimiyyət dəyişikliyinə real gücü olmayan EMK üçün indiki vəziyyətdə parlamentə düşmək böyük nailiyyətdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG