Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:23

ABŞ və Rusiya viza rejimini sadələşdirir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Hillary Clinton
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Hillary Clinton

İyulun 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Hillary Clinton deyib ki, bu sazişlər iki ölkə arasındakı münasibətlərin yenilənməsi çərçivəsində göstərilən səylərin tərkib hissəsidir:

«Biz terrorçuluğa qarşı mübarizədən tutmuş nüvə silahının yayılmamasına qədər müxtəlif məsələlər üzrə ikitərəfli və çoxtərəfli iş aparırıq. İndi bizim vəzifəmiz bu əlverişli məqamdan istifadə edib xalqlarımız üçün daha çox nəticə əldə etməkdir».

Övladlığa götürülmə haqqında sazişə edilmiş dəyişikliklər belə uşaqların maraqlarını daha yaxşı qorumaq üçündür. Yeni dəyişikliklər həm də potensial valideynlərin övladlığa götürülən uşağın sosial və psixoloji tarixçəsi haqqında daha çox informasiya almasını və övladlığa götürülmə prosesi başa çatdıqdan sonra uşağın həyat şəraitinin ətraflı monitorinqini nəzərdə tutur.

Son illər Rusiyadan övladlığa götürülmüş uşaqlarla bağlı amerikalı ailələrdə həmin uşaqlara qarşı pis rəftar hallarına görə bir neçə hay-küylü işlər olub.

Mətbuat konfransı
VİZA REJİMİNİN SADƏLƏŞDİRİLMƏSİ

Vaşinqtonla Moskva arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş isə iş adamları və turistlər üçün üç illik çoxgirişli viza verilməsini və viza üçün tələb olunan sənədlərin sayının azaldılmasını nəzərdə tutur.

Clinton deyib ki, bu saziş geniş ikitərəfli ticarət üçün əsas zəmin yaradır.

Vaşinqtona üçgünlük səfərini başa çatdıran Lavrov isə bildirib ki, saziş sonda viza tələbinin ümumiyyətlə aradan qaldırılması istiqamətində irəliyə doğru addımdır. Rusiya xarici işlər nazirinin sözlərinə görə, yeni viza rejimi bu ilin sonuna qədər qüvvəyə minəcək.

Lavrov və Clinton radiasiyanın təsirlərinin tədqiqi sahəsində əməkdaşlığın genişləndirilməsi, hava nəqliyyatına nəzarət və naviqasiya sahəsində əlaqələrin təkmilləşdirilməsi haqqında sazişlər də imzalayıblar.

«BİZ İNDİ YOXUŞDAYIQ»

Sergey Lavrov Ağ EvdəBarack Obama ilə də görüşüb. Görüşdə əsas diqqət Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi olub.
Sergey Lavrov və Barak Obama

Belə ehtimal olunur ki, Vaşinqtonla Moskva arasındakı münasibətlərdə ən problemli məsələ ABŞ-ın Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sistemidir. İyulun 12-də Lavrov bu məsələni iki ölkə arasında yeganə mühüm qıcıqlandırıcı məsələ adlandırmışdı:

«Bizim münasibətlərimizdə enişlər də, yoxuşlar da olub. Biz indi yoxuşdayıq. Ancaq raketdən müdafiə sistemi maneələrdən biridir. Ümid edirik ki, bu məsələni həll edə biləcəyik. Rusiya olaraq biz əlimizdən gələni edəcəyik ki, bərabərliyə, hər iki tərəfin maraqlarına və təhlükəsizliyə hörmətə əsaslanan ədalətli bir razılaşmaya nail olaq».

Danışıqlarda Liviya, Suriya və İsraildəki vəziyyət də müzakirə olunub.
XS
SM
MD
LG