Bakı şəhər Prokurorluğu Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin həbs müddətinin uzadılması barədə vəsatət qaldırıb.
Bu haqda vəkil Əshabəli Mustafayev məlumat verib.
Prokurorluğun vəsatətinə Səbail rayon Məhkəməsində baxılacaq.
Aprelin 2-də İctimai Palatanın keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İttiham olunanlardan 10 nəfərinin cinayət işi yekunlaşaraq məhkəməyə göndərilib. Onlardan 6-nın məhkəməsi başlayıb.