Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:20

Heydər Əliyevin öz həyatı haqqında AzadliqRadiosuna dedikləri...


Keçmiş prezident Heydər Əliyev oğlu İlham və nəvəsi Heydərlə

Azərbaycanda rəsmi səviyyədə keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsinin 42-ci ildönümü qeyd edilir. Bu münasibətlə iyulun 14-də Bakı şəhər İcra Hakimiyyəti Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil edir. Bayram tədbiri axşam saatlarında başlayır.

Müsahibələrində demək olar həmişə dövlət siyasətindən danışan Heydər Əliyev 1999-cu ildə AzadlıqRadiosunun Rus redaksiyasının əməkdaşı Vladimir Tolza bir istisna kimi öz şəxsi siyasi həyatı, vaxtilə işlədiyi Siyasi Büro, KGB haqqında maraqlı bir müsahibə vermişdi.

Həmin müsahibəni dinləyə bilərsiniz:



Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.

Öz karyerasına NKVD (Daxili İşlər xalq Komissarlığı) sıralarında başlayan Heydər Əliyev 1967-ci ildə Azərbaycan KGB-sinin (Dövlət təhlükəsizlik Komisəti) rəhbəri təyin edilib. 1969-cu ildən 1982-ci ilə kimi isə Azərbaycan Kommunist partiyasının birinci katibi işləyib.

1976-cı ildə Sovet İttifaqı Kommunist partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzvlüyə namizəd, 1982-ci ildə isə üzv seçilib.

1987-ci ildə Kommunist partiyasının lideri Mixail Qorbaçov onu hakimiyyətdən uzaqlaşdırandan sonra Naxçıvana qayıdan Heydər Əliyev əvvəlcə Naxçıvanın milli məclisinin sədri, 1993-cü ildə isə Surət Hüseynov qiyam qaldıranda Azərbaycan parlamentinin sədri, o zamankı prezident Əbülfəz Elçibəy Bakını tərk edəndən sonra isə elə həmin il prezident seçilib.

Heydər Əliyevin 1999-cu ildə ABŞ-ın Klivlend xəstəxanasında ürəyində, 2002-ci ildə prostat vəzində, 2003-cü ildə isə böyrəyində əməliyyat olunub.

2003-cü il dekabrın 12-də vəfat edib. Həmin il keçirilən prezident seçkisində oğlu, indiki prezident İlham Əliyev hakimiyyətə gəlib.

Bunlara da nəzər salın:
Heydər Əliyevin iki əşyası…
Heydər Əliyev korrupsiya haqqında
Гейдар Алиев: Одиночество бегуна

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG