Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:18

14 iyul 1969-cu il, Zərdabda rüşvət, qapıları bağlı hökumət və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Futbol+» qəzetindəki ««BÖYÜK» KLUBLAR VƏ YALANÇI «ŞENGEN» SANCISI» sərlövhəli yazıda idman jurnalistlərinin yerli futbol klublarının səfər oyunlarını işıqlandırmaq üçün üzləşdiyi problemlərdən söz açılır. Yazıda qeyd olunur ki, bir futbol klubunu çıxmaq şərtilə avrokuboklara qatılan klublar bu yay jurnalistlərlə əməlli-başlı məzələniblər. Jurnalistlərin yaşılüzlü pasportu otaqdan-otağa, siyirmədən-siyirməyə daşınandan sonra onlara deyiblər ki, Şengen sazişi məsələsinə görə problem var:

«Təbii şengen-mengen boş söhbətdir, nə Xorvatiya, nə İsrail, nə də Farer adaları bu sazişin əhatə dairəsinə daxildir. Deməli, klub rəsmilərinin jurnalistlərə dediyi «viza ala bilmirik, bu ölkələr süründürməçiliyə yol verir» kimi iddialar puç və içiboş əfsanədir. Görün iş nə yerə çatıb ki, İsrailin ölkəmizdəki səfirliyi «Xəzər-Lənkəran»ın hər hansı jurnalistə viza almaq üçün müraciət etmədiyini bildirir».

«Yeni Azərbaycan» qəzeti «TARİXİMİZİN MÖHTƏŞƏM GÜNÜ...»ndən yazır. Yazıda deyilir ki, tarixin həmin möhtəşəm günü 1969-cu ilin 14 iyuludur. Bu tarixdə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb.

«1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə tərəqqi yoluna çıxardı», - deyə qəzet yazır.

«Demokrat» qəzeti «ZƏRDABDA RÜŞVƏT BƏRPA OLUNDU» yazır:

«Zərdab rayonunda rüşvət bərpa olunub. Ölkə başçısının «rüşvətə və korrupsiyaya yox» şüarı milli mətbuatın banisi Həsən bəy Zərdabinin vətənində «rüşvət olmadan yaşaya bilmərik» devizinə çevrilib. Bu isə yerli sakinlərin, ələlxüsus da müəllimlərin narazılığına səbəb olub. Məhz buna görə bir qrup müəllim ayağa qalxıb».

«Bizim yol» qəzetindəki «QAPILARI BAĞLI HÖKUMƏT...» sərlövhəli yazıda problemlərlə üzləşən insanların sözünü deməyə ünvan tapa bilməməsindən bəhs edilir.

«Hər gün dövlət orqanları qarşısında keçirilən etiraz aksiyaları, problemlərini həll edə bilməyən insanların keçirdiyi mətbuat konfransları, redaksiyalara ünvanlanan yüzlərlə şikayət məktubları vəziyyətin acınacaqlı olduğunu göstərir. Əksər hallarda məmurlar, dövlət orqanları müraciətləri bir-birinin üzərinə atır, yaxud şikayət olunan məmurun üstünə göndərir», - deyə qəzet yazır.

«Azadlıq» qəzetindəki köşə yazısında «XƏZƏRİN KÜRÜSÜ, QOZ LƏPƏSİ VƏ BİR DƏ TRAMVAY CİNAYƏTİ»ndən söz açılır:

«Bizim tanrıdan narazı qalmağa əsla haqqımız yoxdur. Allah bəşər övladı üçün zəruri sərvətlərin hamısını Azərbaycana bəxş edib. Yerüstü, yeraltı sərvətlərimizə həsəd aparırlar. Neftimiz, qazımız, qızıl yataqlarımız, füsunkar iqlimimiz, çaylarımızın, dağlarımız, dənizimiz, balığımız, qara kürümüz... Daha nə istəyirik, yaradandan. Bu sərvətlərdən yararlana bilmiriksə, suçu özümüzdə axtarmaq gərəkdir. Əllərimizi yuxarı qaldırmağın anlamı yoxdur...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG