Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:27

Litva Belarusdakı siyasi məhbusları qəbul etməyə hazırdır


“Əgər özləri də bunu istəyirlərsə, Litva Belarusdakı siyasi məhbusları qəbul etməyə hazırdır”.

Litva Seyminin xarici işlər komitəsinin rəhbəri Emanuelis Zingeris bildirb ki, Belarusda həbsdə saxlanan şəxslər ləyaqətli siyasi-ictimai xadimlərdir. O deyib ki, “Avropa Birliyinin bir hissəsi kimi biz öz qapımızı onların üzünə açmağa hazırıq”.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bilidrmişdi ki, “əgər Avropa Birliyi onları götürmək isyətirsə, elə sabaha bilet verərik”.

Litva prezidenti Dalya Gribauskayte də rəsmi Minski siyasi məhbusları azad etməyə çağırmışdı.
XS
SM
MD
LG