Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:02

Bəxtiyar Hacıyev Cabbar Savalana məktub yazıb


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Həbsdəki gənc fəal Bəxtiyar Hacıyev məhkum yoldaşı, AXCP Gənclər komitəsinin üzvü Cabbar Savalana məktub yazıb. Bu barədə AzadlıqRadiosuna Bəxtiyara dəstək məqsədilə yaradılan qrup məlumat yayıb:

«Barəndə açılmış qondarma cinayət işini öz işimdən daha diqqətlə izləyirəm və sənə qarşı bir doğmalıq hiss edirəm» deyən Bəxtiyar Hacıyev C. Savalanı əzmli olmağa çağırır:

«Tale səni bu gənc yaşında daha böyük bir missiyaya hazırlayır. Həbsdə olduğun müddətdə başını dik tut, əzminə sarıl, sabaha olan ümidini hər gün artır, təbəssüm et, mübarizəndən zövq al, sevdiyin insanların sevgisini hiss et. Bilirəm ki, sən qorxub «nəyimə lazımdır bunlar, başımı aşağı salıb işimi görürəm» (başqa sözlə «həyatda varlığımla yoxluğum arasında bir fərq yoxdur») deyənlərdən yox, mənəvi məsuliyyət hiss edib cəsarətlə addımlayanlardan oldun.

Bəxtiyar Hacıyevin Cabbar Savalana yazdığı məktub

Hər səhəri əvvəlki günlərdən daha yaxşı olan bir ölkədə yaşamaq və tezliklə azadlıqda görüşmək ümidi ilə...».

Keçmiş deputatlığa namizəd B. Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP Gənclər komitəsinin üzvü Cabbar Savalan isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə təqsirli bilinib, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki gəncin həbsinin onların siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG