Keçid linkləri

2026, 29 İyul, çərşənbə, Bakı vaxtı 00:09

Volqada ölənlərin sayı 100-ü keçib

Volqada sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 100-ü keçib.

Dalğıclar bu gün daha bir uşağın cəsədini aşkar ediblər.

20 nəfər hələ də itkin düşmüş hesab olunur.

Bu gün axtarış zonası çayın axarı istiqamətində 190 kilometrədək uzadılıb.

İstintaq hesab edir ki, qəza texniki nasazlıq ucbatından baş verib.

Gəmini icarəyə götürmüş şirkətin rəhbəri həbs edilib.

Bundan başqa batanlara kömək etməyən 2 gəminin kapitanına qarşı cinayət işi açılıb.
This item is part of
XS
SM
MD
LG