Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

Gənclər Nazirlər Kabinetinin həyətini süpürüblər


Aksiyadan görüntü
Aksiyadan görüntü
İyulun 13-də Dalğa gənclər hərəkatının bir qrup üzvü Nazirlər Kabinetinin qarşısında səhnələşdirilmiş flaşmob keçirib. Gənclər əllərində süpürgə, xəkəndaz «Könüllü təmizləyirik təhsil haqlarını artırmayın» şüarı qaldırıblar.

Dalğa hərəkatının sədri Orxan Nəbiyev deyir ki, flaşmob keçirməkdə məqsədləri Nazirlər Kabineti və Tarif Şurasının qərarı ilə bu ildən təhsil haqlarının artırılmasına etiraz etməkdir:

«Bu ildən başlayaraq təhsil haqları çox yüksək qaldırılıb, gənclərin, tələbələrin təhsil ambisiyalarını öldürürlər, ailələr bu təhsil haqlarını ödəyə bilmirlər. Dövlət büdcəsindən şəhərin abadlaşdırılmasına çoxlu pullar ayrılır, bizə bu abadlaşdrıma lazım deyil, biz özümüz könüllüa şəkildə sevimli Bakımızı abadlaşdıra bilərik. Amma bizim təhsil haqlarımnızı artırmayın».

Flaşmob polis müdaxiləsi olmadan başa çatıb.


Bəzi dövlət ali təhsil müəssisələrində ödəniş haqqı 300 manatdan 1500 manata qədər artırılıb. Ən çox artım Azərbaycan Tibb Universitetinin «Müalicə işi»nin ödənişli bölməsinin əyani şöbəsində olub. Bu fakültədə illik təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb.

HƏMÇİNİN OXU:

III qrup üzrə imtahanlarda 70 faiz abituriyent kəsilib
I ixtisas qrupunda minimal keçid balı aşağı salınıb
«Qılınc və... kitab» - VİDEO

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG