Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 22:44

Pakistan kəşfiyyatının rəhbəri Vaşinqtona yollanıb


Pakistan Kəşfiyyat İdarəsinin rəhbəri Əhməd Şuca Paşa (Ahmad Shuja Pasha) Vaşinqtona gözlənilməz səfərə yollanıb.

Birləşmiş Ştatlar bu günlərdə terrorçuluqla mübarizədə Pakistana ayırdığı 2 milyard dollarlıq yardımın 1/3-ni dayandırıb.

Pakistan hərbçilərinin sözlərinə görə Leytenent-General Əhməd Paşa amerikalı həmkarlarıyla kəşviyyat sahəsində fəaliyyətin koordinasiya edilməsini müzakirə edəcək.

Bu ilin mayında Pakistanda əl Qaidə lideri Osama bin Ladenin ölümüylə nəticələnmiş əməliyyatdan sonra ABŞ-la Pakistan arasında münasibətlər gərginləşib.

Əməliyyatı Birləşmiş Ştatların xüsusi xidməti keçirib.
XS
SM
MD
LG