Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Əfqanıstanda prezident qardaşının dəfninə gedən qubernatora hücum olub


Bu gün Əfqanıstanın cənubunda prezident Karzainin qardaşının dəfn mərasiminə gedən qubernatoru müşayiət edən heyət bomba hücumuna məruz qalıb. İki əfqan qoşununda yaralanalar var.

Əfqanıstan rəsmiləri deyirlər ki, Helmand əyalətinin qubernatoru Gulab Mangal hücum zamanı yaralanmayıb.

Prezident Hamid Karzayi bu gün qardaşının dəfn mərasiminə qatılıb. Dəfn mərasimində minlərlə adam iştirak edib. Yas mərasiminə görə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Hamid Karzainin kiçik qardaşı Əhməd Vəli Karzai ( Ahmad Vali Karzai) Qəndəharda bir necə öz evində öldürülüb. O, Kandahar əyalətinin Şurasına rəhbərlik edirdi.

O, uzun müddət korrupsiyada və narkotik ticarətində ittiham olunub.

Qətlin məsuliyyətini Taliban öz boynuna götürüb.
XS
SM
MD
LG