Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:04

Əfqanıstan prezidenti qardaşını dəfn edir


Əfqanıstan prezidenti Hamid Karzai kiçik qardaşının dəfn mərasiminə qatılıb. Dəfn mərasimində minlərlə adam iştirak edir. Yas mərasiminə görə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Hamid Karzainin kiçik qardaşı Əhməd Vəli Karzai ( Ahmad Vali Karzai) Qəndəharda öz evində öldürülüb. O, Kandahar əyalətinin Şurasına rəhbərlik edirdi.

O, uzun müddət korrupsiyada və narkotik ticarətində ittiham olunub.

Qətlin məsuliyyətini Taliban öz boynuna götürüb.
XS
SM
MD
LG