Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:28

Prezident Azərbaycanda ideal internet azadlığı olduğunu deyir


İlham Əliyev
İlham Əliyev
Hökumətin 12 iyul iclasında çıxış edən Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ölkədə internet xidmətlərinin sürətlə yayıldığını deyib:

«Bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır. Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirib. Hesabat dövründə (2011-ci ilin ilk yarısında), nazirliyin qiymətləndirməsinə görə, bu rəqəm daha da artıb və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2.5 dəfə yüksəkdir».

Bu mövzuya yekun sözündə prezident İlham Əliyev də toxunub:

«Azərbaycanda internet azaddır, ona heç bir məhdudiyyət yoxdur. Demək istəyirəm ki, heç də hər bir ölkədə belə deyil. Elə ölkələr var ki, orada internet azad deyil, məhdudiyyətlər qoyulur. Bu məhdudiyyətlər, əlbəttə ki, həm bizə bəllidir, həm də bu məsələ ilə bağlı olan, fəaliyyət göstərən beynəlxalq təşkilatlar da bunu bilir. Ancaq nədənsə bəzi hallarda bu, diqqətdən kənarda qalır. Azərbaycanda isə azad internet fəaliyyət göstərir. Bu bir də onu göstərir ki, biz mətbuat azadlığına çox böyük diqqət veririk və mətbuat azadlığı Azərbaycanda tam şəkildə tətbiq olunur. O beynəlxalq təşkilatlar ki bu sahədə Azərbaycanda problem görmək istəyir, getsinlər öz tövsiyələrini internetin azad olmadığı ölkələrə versinlər. Yaxud da öz ölkələrində azad mətbuatın necə sıxışdırılmasından - bu yaxınlarda biz bunun əlamətlərini görmüşük – danışsınlar». /Media Forum/

İnsan haqları fəalları Azərbaycanda da internet məkanında hökuməti tənqid edən fəaliyyətə görə bəzi hallarda gənclərin həbs edildiyini bildirirlər. Amma həm yerli, həm də beynəlxalq ictimai təşkilatlar ölkədə vətəndaşların internetdən azad istifadə etməsində siyasi mahiyyətli ciddi problemlərin olmadığını deyirlər. Bununla belə, əksər beynəlxalq təşkilatlar söz azadlığının vəziyyətinə və jurnalistlərə təzyiqlərə görə Azərbaycanı tənqid edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG