Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:06

NATO Kərzainin qətlini pisləyir


NATO Əfqanıstan prezidenti Həmid Kərzainin qardaşı Əhməd Vəli Kərzainin öldürülməsini pisləyir.

Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi koalisiya qüvvələrinin komandiri, general David Petraeus deyib ki, onlar cinayəti törədənlərin tapılıb məsuliyyətə cəlb edilməsinə əllərindən gələn köməyi edəcəklər.

Əhməd Vəli Kərzai – Əfqanıstanın ən qeyri-stabil bölgələrindən olan Qəndəharda ən nüfuzlu şəxs sayılırdı.

Onu cangüdənlərindən biri qətlə yetirib.
XS
SM
MD
LG