Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:12

Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək


«Hazırda Heydər Əliyev beynəlxalq hava limanının yeni terminalı tikilir, bu ilin sonuna qədər isə Qəbələdə daha bir beynəlxalq aeroport istifadəyə veriləcək».

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasındakı çıxışında bildirib.

Prezident deyib ki, Ələt qəsəbəsində Xəzər hövzəsində ən böyük və müasir dəniz ticarət limanı, gəmiqayırma zavodu inşa olunur. Qarşıdakı 4 ildə metro stansiyalarının sayı 30-a çatdırılacaq.

Ordu quruculuğundan danışarkən o, hazırda hərbi xərclərin 3.3 milyard dollar təşkil etdiyini bildirib.
XS
SM
MD
LG