Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 08:41

Əfqanıstan prezidentinin qardaşı öldürülüb


Əfqanıstan prezidentinin qardaşı öldürülüb. Prezidentin kiçik qardaşı, Əfqanıstanın cənubunda nüfuza malik Ahmed Wali Karzai-yə Qəndəhar əyalətində sui-qəsd olub. Onu evində öldürüblər.

Əfqan rəsmiləri Azadlıq Radiosunun əfqan xidmətinə bildiriblər ki, onu güllələyənlərdən azı biri öz mühafizəçisidir.

Wali Karzai Qəndəhar əyalət şurasının rəhbəri və ölkənin ən nüfuzlu şəxslərindən idi. Bəzi mətbuat orqanları onun həm də narko-bizneslə məşğul olduğundan yazırdı.

Daha bir məlumata görə, Qəndəharın əyalət şurası sədrinin müavini Amir Lalai də öldürülüb.
XS
SM
MD
LG