Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:18

Cənubi Sudanın müstəqilliyi Dağlıq Qarabağ üçün presedent ola bilərmi?


Cənubi Sudanın paytaxtı Cubada müstəqillik şənliyi, 8 iyul 2011
Cənubi Sudanın paytaxtı Cubada müstəqillik şənliyi, 8 iyul 2011
Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan deyib ki, Cənubi Sudanın müstəqilliyinin elan edilməsi başqa etnik və ərazi münaqişələri üçün də nümunə ola bilər.

Nalbandyan iyulun 9-da yayılan bəyanatında bildirib ki, Cənubi Sudanda keçirilən referendum və sülh prosesinin ardınca müstəqil dövlət olması xalqların dinc yolla öz müqəddəratını təyin etməsinə nümunədir. Ermənistan rəhbərliyi yanvar ayında da oxşar bəyanatlar vermişdi.

İyulun 10-da açıqlanmış rəsmi nəticələrə əsasən, Cənubi Sudanın Sudan Respublikasından ayrılmasına 98.83% əhali səs verib.

Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir (Omar Hassan Ahmad Al-Bashir) isə referendum nəticələrini rəsmən qəbul edib.

BMT-nin Baş katibi Pan Gi Mun (Ban Ki-moon) Cənubi Sudanın ayrılması barədə referendumun nəticələrini təqdir edib.

Bu barədə BMT-nin rəsmi saytında məlumat verilir.

Pan Gi Mun sabitlik və inkişafa nail olmaq üçün bütün ölkələri Cənubi Sudana dəstək verməyə çağırıb və BMT tərəfindən də bu dəstəyin olacağını vəd edib.

Bəs Azərbaycan Cənubi Sudanın müstəqilliyini tanıyıbmı? Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna bu sualı şərh etmək istəməyib.

Sudanın cənubunda əhalinin əksəriyyəti etnik afrikalılardır. Ölkənin şimalında isə ərəblər yaşayır. Onlar arasında 20 il vətəndaş müharibəsi olub.

Cənubi Sudanı tanıyan ölkələrin siyahısında Azərbaycanın adı keçmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG