Keçid linkləri

2024, 03 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:26

“Polkovnikə məktub yoxdur” – bu dəfə ayrıca kitab kimi


“Qanun” nəşriyyatı Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin “Polkovnikə məktub yoxdur” əsərini yenidən çap edib.

İshaq İbrahimovun Azərbaycan dilinə çevridiyi əsər bu dəfə ayrıca kitab şəklində nəşr edildi.

...Polkovnik gənc yaşlarında böyük bir qəhrəmanlıq göstərib – sülh sazişi imzalanacaq yerə üsyançıların qızıl xəzinəsini çatdırıb.

Üstündən əlli il ötəndən sonra da o, bu igidliyin müqabilində cavab gözləyir, gözləməkdən usanmır – sağ qalmış sonuncu müharibə veteranları ilə birlikdə bir ayağı burda, bir ayağı gorda olan qoca polkovnik ədlətin zəfər çalacağına inamını itirmir. Aclığa, yoxsulluğa sinə gərib həsrətlə, intizarla xəbər gözləyən, polkovnikin dəmir inamı, bu yolda dözdüyü olmazın məşəqqətlər onun ca­anlığında göstərdiyi rəşadətdən daha böyük bir qəhrəmanlığa çevrilir.

Müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özü­nün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan Q.Q.Markes əsər barədə deyir:

“Polkovnikə məktub yoxdur” povestində gözümün qabağına gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim.

O həsrətlə limandakı gəmilərə baxırdı. Bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim…”

“Polkovnikə məktub yoxdur” – şübhəsiz mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim: “Yüz ilin tənhalığı”nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovnikə məktub yoxdur” povestini oxusun…”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG