Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 12:39

Bakıda özəl şirkətə silahlı basqın olub, şirkətin rəhbəri öldürülüb

Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam edir
Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam edir
Bakıda özəl şirkətə silahlı basqın olub.

Bu barədə «APA»ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.

Hadisə iyulun 11-də Nərimanov rayonu Teymur Əliyev küçəsində qeydə alınıb. Naməlum şəxslər həmin ünvanda yerləşən «Azər-Ross» MTK-nın ofisinə daxil olaraq şirkətin rəhbəri Əflatun Piriyev və şirkətin baş mühasibi Əmiraslan Əhmədovu güllələyiblər. Şirkətin rəhbəri yerindəcə keçinib. Ə. Əhmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin motivi məlum deyil.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam edir.
This item is part of
XS
SM
MD
LG