Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:05

İyulun 12-i Rusiyada matəm günü elan olunub


İyulun 12-i Rusiyada matəm günü elan olunub. Matəm Tatarıstanda Volqa çayında “Bulqariya” gəmisinin batmasına görədir.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən məlumata görə, gəminin sərnişinlərindən olan 13 nəfərin cəsədi çıxarılıb. 100-dən artıq adamın taleyi isə məlum deyil. 79 nəfər xilas edilib.

Son məlumatlara görə, gəmidə 208 nəfər olubmuş. Onlardan 25-i qeydiyyatdan keçməyibmiş. Bu haqda Rusiya fövqəladə hallar naziri Sergey Şoyqu prezident Dmitri Medvedevin yanında keçirilən müşavirədə məlumat verib.

Gəminin batması ilə bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG