Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

Ərşad Məhərrəmli. Anlamırsınız nə əzabdı


Anlamırsınız
nə əzabdı,
dogmalarının yanında
ögey olmaq, əzizlərim.
Sözlərin də yarımçıq olur
özün də
İçində yaşayırsan
çölündən adam şəkili görünür
yalnız və yalnız
fikirlərinin ayaqları yer tutanacan
yeriyirsən özünə sarı
saçlarına qədər darıxırsan hətta...
yatırsan sanki
ayılanda görürsən,
ölübsən
dogulmamışdan


***


Uzun çəkir
hər anın yalqızlığı, bilirəm.
dodaqların öpüşsüz
saçların sığalsız qalıb
min ildi, milyon ildi elə bil...
qulağına şeir pıçılamır yatanda kimsə
həmışə bir nəfərlik yerdə yatırsan
darıxır bədəninin hər yeri darıxır
ayaqların ayaqqabıda
bədənin paltarda
əllərin qoynunda darıxır


***


Doğulduğun
və doğulmadığın
yaşadığın
və yaşamadığın
torpaqdı, vətən.
Gündoğandan
günbatana qədər
torpağın altından
yerin üstünə qədərdi, vətən.
Sərhəddən başlamır
Sərhəddən oyana da, vətəndir...

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG