Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

60 abituriyent imtahandan xaric edilib


İyulun 10-da keçirilən ali məktəblərə qəbul imtahanı zamanı 60 abituriyent imtahandan xaric olunub.

Abituriyentlərdən 1-i başqasının əvəzinə imtahan verməyə, 2-si imtahana mobil telefonla keçməyə cəhd edib. Qalanları isə sual və ya cavab kartlarını bir-birinə ötürüblər, köçürməyə cəhd ediblər.

Məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yayıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən, I qrup üzrə ərizə vermiş 33587 abituriyentdən 937 nəfəri imtahana gəlməyib.

İmtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada aparılıb.
XS
SM
MD
LG