Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:30

Batan gəminin 12 sərnişinin cəsədi çıxarılıb


Tatarıstanda Volqa çayında batan “Bulqariya” gəmisində həlak olanların sayı 12 - ə çatıb. 100-dən artıq adamın taleyi naməlumdur.

Fövqəladə Hallar Nazirliyi regional idarəsinin məlumatına görə, hazırda xilasedicilər gəminin restoran, bar, musiqi salonunun yerləşdiyi hissəsində işləyirlər.

Son məlumatlara görə, gəmidə 199 adam olubmuş. 56 sərnişin və 23 ekipaj üzvü xilas edilib.

Sabah Tatarıstanda matəm günü elan olunub.
XS
SM
MD
LG