Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

2010-cu ildə Azərbaycan iş adamları Türkiyədə 136 şirkət qurublar


İstanbul
İstanbul
Türkiyənin İstanbul şəhərində nümayəndəlik açan «Texnikabank»dan sonra daha iki Azərbaycan bankı İstanbulda nümayəndəlik açmaq üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib.

Bu barədə «Sabah» qəzeti xəbər yayıb. Müraciət edən bankların adı həllik açıqlanmır.

Türkiyədə şirkət quran azərbaycanlı iş adamlarının sayı artır. Belə ki, 2010-cu ildə Türkiyədə əcnəbilərin qurduğu 2 min 479 şirkətdən 136-sı Azərbaycan iş adamları tərəfindən təsis edilib. Azərbaycanlılar Türkiyədə şirkət quran əcnəbilərin siyahısında 4-cü sıraya yüksəlib. Bu ilin ilk 5 ayının rəqəmlərinə əsasən, Türkiyədə xarici ölkə vətəndaşları tərəfindən 401 şirkət yaradılıb ki, bunun da 86-sı azərbaycanlıların payına düşür.

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı da ciddi şəkildə artıb. 2010-cu ildə Türkiyəni 436 min azərbaycanlı turist ziyarət edib. 2011-ci ildə isə bu rəqəm kəskin şəkildə artıb. Belə ki, ötən ilin yanvar-may aylarında Türkiyədə dincələn azərbaycanlı turistlərin sayı 159 min idisə, bu ilin eyni dövründə 231 mini ötüb. /apa/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG