Keçid linkləri

Təcili xəbərlər
2021, 10 May, Bazar ertəsi, Bakı vaxtı 00:51

Süleyman Rüstəm. Həyatdır mahnı


Oxucum, ömürlük şair gözümdə
Məhəbbətdir mahnı, həyatdır mahnı.
Haqlıdan haqlıyam mən bu sözümdə,
Qanadsızlara da qanaddır mahnı.

Həyat yollarında, məncə, hamıya
Su, hava, çörəktək gərəkdir mahnı.
Vətən torpağına can verənlərə
Ən ağır cəbhədə köməkdir mahnı.

Yazıram, pozuram, illər uzunu,
Canım, ciyərimdir, qanımdır mahnım,
Onsuz bir günüm də olmayıb mənim,
Ömürlük adımdır, sanımdır mahnım.

Quduz, qara yellər heçdir onunçün,
Sərhədləri aşan sözümdür mahnı.
Tikanlı məftillər heçdir onunçün,
Haraylara qoşan özümdür mahnı.
XS
SM
MD
LG