Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 14:20

Süleyman Rüstəm. Anam dilli qardaşım


Dinlə qan qardaşını, qabar əlli qardaşım
Mən sözlü, mən arzulu, mən könüllü qardaşım,
Görürəm ki, qanından rəng alıbdır dan yeri,
Dərdli, qəmli kamanı ürək telli qardaşım.

Azadlıq günəşindən can gəlsin torpağına,
Təbrizli, savalanlı, ərdəbilli qardaşım.
Uzun illər kilidli dilin açıldı artıq,
Doğma anam laylalı, anam dilli qardaşım!

Günün bütün mövzuları

XS
SM
MD
LG