Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

Suriyada hakimiyyətlə müxalifət danışıqlara başlayıb


Suriyada hakim Bəəs partiyası ilə müxalifət arasında danışıqlar başlanıb.

Amma aparıcı müxalifət liderləri və ictimai xadimlər danışıqları baykot edirlər.

İki günlük danışıqlarda ölkədə islahatlar aparılması, çoxpartiyalı seçkilər keçirilməsi və hakim Bəəs partiyasına aparıcı rol verən 8-ci maddənin konstitusiyadan çıxarılması müzakirə olunmalıdır.

Belə bir görüşün keçirilməsini ölkə prezidenti Bashar Assad təklif eləmişdi.

Ötən cümə günü “Dialoqa yox” şüarıyla keçirilmiş nümayişlərdə yüz minlərlə adam iştirak edib.

Bu nümayişlərdə təhlükəsizlik qüvvələrilə baş vermiş toqquşmalarda azı 15 nəfər öldürülüb, 200-ə yaxın adamsa həbs olunub.

Yerli hüquq müdafiəçiləri martın ortalarından bu yana ölkədə 1400-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG