Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Gürcüstan həbs edilmiş fotomüxbirlərin Rusiyaya məxfi sənədlər ötürdüklərini deyir


Gürcüstanın Daxili İşlər Nazirliyi həbs olunmuş fotomüxbirlərin Rusiyanın xüsusi xidmətinə məxfi məlumat ötürdüklərini deyir.

Nazirliyin nümayəndəsi onlardan biri Zurab Kurtsikidzenin Rusiyanın baş kəşfiyyat idarəsinin əməkdaşlarıyla əlbir olduğunu və onlara digər fotoqraflar İrakli Gedenidze və Georgi Abdaladzenin çəkdikləri məxfi fotolar verdiyini deyir.

Tbilisi məhkəməsi onların girov əvəzində azadlığa buraxılmasıyla bağlı vəkillətin vəsatətini təmin etməyib.

Vəkillərdən biri məhkəmənin sentyabrın 1-ə təyin edildiyini və qapalı olacağını deyib.

Prezident Mixeil Saakaşvilinin şəxsi fotoqrafı İrakli Gedenidze, xarici işlər nazirliyinin fotoqrafı Georgi Abdaladze və Avropa Pressfoto (European Pressphoto) agentliyinin fotomüxbiri Zurab Kurtsikidze iyulun 7-də həbs olunublar.
casusluqda itiham olunurlar.

İrakli Gedenidzeylə birlikdə saxlanmış həyat yoldaşı Natiya Gedenidze isə azad olunub.
XS
SM
MD
LG