Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Cənubi Sudan dünyanın ən gənc dövləti oldu


Ötən gecə Cənubi Sudanın paytaxtı Cubada minlərlə adam ölkənin müstəqilliyini küçələrdə qeyd edib.

Cənubi Sudan Respublikası yerli vaxtla gecə yarısı dünyanın ən gənc dövləti oldu.

Cənubi Sudan bu ilin yanvarında keçirilmiş referendumdan sonra müstəqillik qazanıb.

Belə bir referendumun keçirilməsi 2005-ci ildə üzun illər müharibə aparan Şimalla Cənub arasında imzalanmış razılaşmada nəzərdə tutulurdu.

Hələ də ərazi mübahisəsinə baxmayaraq Cənubi Sudanın müstəqilliyini birinci rəsmi şəkildə Şimali Sudan tanıyıb.

Bu gün Cənubi Sudanın paytaxtı Jubada keçirilən təntənəli mərasimlərdə BMT-nin baş katibi Ban Ki Moon da iştirak edir.
XS
SM
MD
LG